Bu məktəbin rus bölməsində riyaziyyat fənni niyə Azərbaycan dilində keçirilir?

Bu məktəbin rus bölməsində riyaziyyat fənni niyə Azərbaycan dilində keçirilir?

Hazırda oxunan: Bu məktəbin rus bölməsində riyaziyyat fənni niyə Azərbaycan dilində keçirilir?

574418

Bakıda 138 nömrəli orta məktəbin rus bölməsində müəllim çatışmazlığı valideynlərin narazılığına səbəb olub.

Bizim.Media xəbər verir ki, bununla bağlı oxu.az-a şikayət daxil olub.

İddia olunub ki, rus bölməsində oxuyan V, VI, VII siniflərdə riyaziyyat fənnini rus dilində tədris edəcək müəllim yoxdur.
 

"Uşaqlar rus bölməsində oxuduqları halda riyaziyyat fənnini onlara Azərbaycan dilində tədris edirlər. Uşaqlar isə riyazi terminləri təbii ki, anlaya bilmirlər. Səbəb kimi isə rus dilində riyaziyyat müəlliminin olmadığı göstərilir. Bu problemi necə həll etmək olar?", - deyə şikayətdə bildirilir.


Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, 138 nömrəli tam orta ümumtəhsil məktəbi tərəfindən cari dərs ili üçün 10 fənn üzrə vakansiya təqdim edilib.

"Müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə səkkiz vakant yer müəllimlə təmin edilib. Digər iki fənn üzrə tutulmayan vakansiyaların da müəllimlə təmin edilməsi üçün müvafiq tədbirlər görülməkdədir", - deyə məlumatda qeyd edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO