Xırdalanda gecə səs-küy yaradan 12 nəfər saxlanıldı – VİDEO

Xırdalanda gecə səs-küy yaradan 12 nəfər saxlanıldı – VİDEO

Hazırda oxunan: Xırdalanda gecə səs-küy yaradan 12 nəfər saxlanıldı – VİDEO

574371

Xırdalan şəhərində gecə saatlarında sakinlərin rahatlığını pozan, yüksək səs effekti yaradan motosikletlər və digər nəqliyyat vasitələri ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülür.

DİN-dən Bizim.Media-ya verilən xəbərə görə, tədbirlərlə bilərəkdən motosikletlərinə müdaxilə edərək səs gücünü artıran 12 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.

Bununla yanaşı, avtomobillərində konstruksiya dəyişikliyi edən, sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan sükan arxasına keçən şəxslər, səs-küy qaydalarını pozan, tütün məmulatlarının istifadəsi qaydalarına əməl etməyənlər, tullantıları urnalardan kənara atan və xırda xuliqanlıq edənlənlər müəyyən olunublar.

Ümumilikdə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 70 nəfərdən artıq şəxs barəsində inzibati tədbirlər görülüb, onlarla profilaktik söhbətlər aparılıb.

Paytaxtla yanaşı Abşeron rayonunda da sakinləri narahat edən halların qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən kompleks tədbirlər davam etdirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO