Azərbaycan tarixçisinin Şah Abbasla bağlı SƏHVİ – Tariximizin QARANLIQ SƏHİFƏLƏRİ 

Azərbaycan tarixçisinin Şah Abbasla bağlı SƏHVİ – Tariximizin QARANLIQ SƏHİFƏLƏRİ 

Hazırda oxunan: Azərbaycan tarixçisinin Şah Abbasla bağlı SƏHVİ – Tariximizin QARANLIQ SƏHİFƏLƏRİ 

57368

Böyük Abbas kimi də tanınan Azərbaycanın Səfəvi imperiyasının hökmdarı olan 1571-ci il yanvarın 27-də dünyaya gəlib. Onun haqqında tarixi polemikalar çoxdur.

Bizim.Media xəbər verir ki, Səfəvilər haqda müzakirələrdə I Şah Abbas farspərəst, qəddar hökmdar kimi tanıdılıb.

Buna ilk səbəblərdən biri də mərhum tarixçi Oqtay Əfəndiyevin “Səfəvilər” kitabında Şah Abbasın hakimiyyətə gəldiyi dövrdən sonra dövlətin türk yox, fars dövlətinə çevrildiyini yazmasıdır. Əslində tarixçi ömrünün sonlarında bu mövzuda səhv etdiyini tələbələrinə danışıb.

Amma səfəvişünaslığa həsr edilmiş bir ömrün sonunda bu yanlışı rəsmən açıqlamağı utanc bilib. Təəssüf ki, bəzi tarixçilərimiz də onun bu səhvini təkrarlayaraq Abbası tarix kitablarında səhv təqdim ediblər. 
 

MÖVZU İLƏ BAĞLI:

İranda Şah İsmayıl Xətainin 48 metr uzunluğunda olan gəmisi tapıldı


Tarixdən sübut və təkzib:

Heç bir dövlətin tarixində bir xalqı təmsil edən hökmdarın başqa millətə çevrilməsi baş verməyib.

Səfəvilər yarandığı dövrdən süquta qədər türk dövləti olub.

Şah Abbas türkçü idi. Çünki onun şahlığına qədər Səfəvi sultanının vəzirləri qeyri-türk mənşəli şəxslər qoyulub. Yəni, I Şah Abbas vəzir vəzifəsini də türklərə həvalə edib.

Azərbaycan və digər türk tayfalarının köçürülməsinə gəlincə, bu, Osmanlı hücumlarından xalqı mühafizə məqsədli addım olub.

Bəziləri Şah İsmayıl Xətainin buraxdığı bəzi səhvləri (avropalıların Fars körfəzinə buraxılması) I Şah Abbasın düzəltdiyi qənaətində olsa da, Böyük Abbasın da xırda sayılmayan yanlışları var idi. Yəni əslində Xətai hakimiyyət illərindəki bəzi boşluqları dolduran elə onun oğlu I Təhmasib olub. Yoxsa Səfəvilərin ən çox – 52 il hakimiyyətdə olan hökmdarı kimi tarixə düşməzdi.

Dövrümüzə qədər gələn mənbələrdə Sultan Süleymanın Təhmasibə yazdığı təhrikedici məktublara da rast gəlmək olar. O məktublardan birində deyilir ki, “mənim atam Səlim xanla (təəccüblüdür ki, xan gedir) sizin atanız böyük xaqan İsmayıl savaş etmişdilər”. 

Təhmasib isə cavabında yazırdı: 

“Qurani-Kərim”də bizə kafirlərə savaş aparmaq buyurulur. Mən öz dinimdən olan insanlara qılınc çəkmək istəmirəm”.

Yəni, ömrü boyu Təhmasibin yazışmalarında əsas sujet xətti belə olub. Onun təzkirəsi dövrümüzə qədər gəlib çıxıb. Orada belə bir məqam var:

“Gecə bir yuxu gördüm. Sağımda bir aypara doğmuşdu, solumda bir aypara doğulmuşdu. Ortada isə bir aypara daha çox bərq vururdu. Bir nurani qocadan soruşdum ki, bu ayparalar nədir? O isə dedi ki, ortadakı ay sənsən, bir tərəfindəki ay Osmanlı, o biri tərəfindəki ay isə Böyük Moğol İmperiyasıdır”.

Dünyada elə bir millət olmayıb ki, onun eyni vaxtda 3 imperiyası olsun! Türk milləti isə o qədər böyük arealda yayılıb ki, qədim hunlardan üzü bəri tarix onun eyni vaxtda bir neçə qüvvətli dövlətinə şahidlik etməli olub. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO