İranda Şah İsmayıl Xətainin 48 metr uzunluğunda olan gəmisi tapıldı

Hazırda oxunan: İranda Şah İsmayıl Xətainin 48 metr uzunluğunda olan gəmisi tapıldı

45558

Xəzərin cənub sahilində, indiki İran ərazisində Səfəvilər dövrünə aid gəmi qalıqları tapılıb. 

Bizim.Media "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Gilan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin rəis müavini Vəli Cahani məlumat yayıb.

Vəli Cahaninin verdiyi məlumata görə,  gəminin qalıqları əyalətin Astani Əşrəfiyyə bölgəsində, Xəzər dənizində  aşkar edilib.

Məlumatda 48 metr uzunluğu olan gəminin sahildən 300 metr aralıda aşkarlandığı bildirilir.

Cahani aşkarlanan gəmi qalıqlarının dəqiq tarixinin müəyyən edilməsi üçün laboratoriya araşdırmalarına ehtiyac olduğunu bildirib. O, bundan öncə də eyni bölgədə, Rudsər-Astara arasında daha dörd gəminin qalıqlarının tapıldığını qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO