Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmə: Əmisi oğlu ifadə verdi

Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmə: Əmisi oğlu ifadə verdi

Hazırda oxunan: Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmə: Əmisi oğlu ifadə verdi

57283

Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bizim.Media xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsindəki prosesdə Nərmin Quliyevanın əmisi oğlu və sinif yoldaşı Ayxan Quliyev ifadə verib.

"Nərmin həmin gün atasının kurtkasını götürmək üçün bizə gəlmişdi. Eyni vaxtda mən zibil atmaq üçün evdən çıxdım, geri qayıdanda Nərmin artıq getmişdi", - deyə şahid bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Nərminin nənəsi prezidentə müraciət etdi: - “Balamın əsl qatili tapılsın, sizə inanıram”


Vəkillər əlavə suallar olduğunu bildirərək şahdin növbəti iclasda ifadəsini davam etdirməsini istəyiblər.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO