2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatlar Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin ilin yekunlarına dair hesabatında yer alıb.
Prezident İlham Əliyevin 2021-ci il 25 yanvar tarixli Sərəncamı ilə bu kateqoriyalardan olanlara 2021-2025-ci illərdə 11 min mənzil və ya fərdi evin verilməsinin nəzərdə tutulması proqramın daha da genişlənməsinə imkan verib.
Bunun nəticəsi olaraq, 2021-ci ildə üç il əvvələ nisbətən 5 dəfə çox olmaqla 3 min mənzil şəhid ailələrinə və müharibə əlillərinə verilməsi proqramı icra olunub.
Beləliklə, ümumilikdə ötən dövrdə 12300 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib.
Eyni zamanda, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri uğurla davam edir. 2021-ci ildə daha 164 nəfər müharibə əlili minik avtomobili ilə təmin edilib və bu günədək 7400 müharibə əlilinə avtomobil verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:24 / 26.01.2022
12 mindən çox şəhid ailəsi və qazi evlə təmin olunub, 7400 nəfər isə...
Hazırda oxunan: 12 mindən çox şəhid ailəsi və qazi evlə təmin olunub, 7400 nəfər isə...
Hazırda oxunan: 12 mindən çox şəhid ailəsi və qazi evlə təmin olunub, 7400 nəfər isə...
57233
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.