Namizəd Səfərov Vidadi Mirkamala haqq qazandırdı...

Namizəd Səfərov Vidadi Mirkamala haqq qazandırdı...

Hazırda oxunan: Namizəd Səfərov Vidadi Mirkamala haqq qazandırdı...

57194
İki gün öncə Milli Şuranın hüquq komissiyasının sədri Vidadi Mirkamal təmsil etdiyi qurumun oktyabrın 12-də keçirməyi planlaşdırdığı kütləvi aksiyaya digər müxalif partiyaları da dəvət edib-etməyəcəkləriylə bağlı suala ironiya ilə cavab vermişdi ki, onlara toy edəndə dəvətnamə göndərəcəyik...

Moderator.az da ondan bu üsyankar açıqlamasının səbəbini öyrənəndə demişdi ki, bu xalq kimin kim olduğunu bilməlidir.---moderator.az/?xeber=57106

MŞ Koordinasiya Mərkəzinin üzvü, tanınmış hüquqşünas Namizəd Səfərov da həmkarının haqlı olduğunu deyir:

"Vidadi müəllimin fikirləri ilə tamamalə şərikəm. Məncə ictimai insanlar, cəmiyyətin aktiv təbəqəsi kimin kim olduğunu çox gözəl bilir və anlayır. Sadəcə bir çoxları kənardan seyr etməyə üstünlük verirlər. Öz fikirlərini açıq izhar etməkdən qorxur, çəkinirlər. Bütün bunları zaman mühakimə edəcək. Əslində hakimiyyət də ona qarşı müxalifətdə olan real qüvvələrin kimliyini və əhatə dairəsini əla bilir. Yeganə kimin kim olduğunu bilməyən bu proseslərin içində olmayan və siyasi cəhətdən nisbətən dəqiq analiz etmək imkanında olmayan sadə insanlardı. Onlar kimin kim olduğunu bilsə ölkədəki real situasiya kökündən dəyişər. Məhz buna görə də buna imkan verilmir. Yəni divin canı şüşədə olduğu kimi hakimiyyətin də canı cəmiyyətin həqiqəti bilməməsindədir."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO