“COVID-19” pasportu olmayan 268 nəfər toya buraxılmadı

“COVID-19” pasportu olmayan 268 nəfər toya buraxılmadı

Hazırda oxunan: “COVID-19” pasportu olmayan 268 nəfər toya buraxılmadı

56813

22-23 yanvar tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 736 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, monitorinq 721 şadlıq sarayında, 15 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 16 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

1 obyekt sahibi (restoran) barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib. 

268 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO