DİM-də TOEFL imtahanı: Binaya daxil olanlar belə yoxlanıldı...

DİM-də TOEFL imtahanı: Binaya daxil olanlar belə yoxlanıldı...

Hazırda oxunan: DİM-də TOEFL imtahanı: Binaya daxil olanlar belə yoxlanıldı...

56670

Dövlət İmtahan Mərkəzində (DİM) 2022-ci il yanvarın 22-də TOEFL iBT imtahanı keçirilib.

Bizim.Media xəbər verir ki, imtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

İmtahanda 1 əcnəbi olmaqla 17 nəfər iştirak edib.

İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti TOEFL iBT imtahanının 12 fevral 2022-ci il tarixində keçirilməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO