Azərbaycanda son bir ildə 114 uşaq övladlığa verilib, 89 uşaq isə…

Azərbaycanda son bir ildə 114 uşaq övladlığa verilib, 89 uşaq isə…

Hazırda oxunan: Azərbaycanda son bir ildə 114 uşaq övladlığa verilib, 89 uşaq isə…

56646

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ötən il ərzində 58-i qız, 56-ı oğlan olmaqla 114 uşaq övladlığa verib.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, övladlığa götürülmüş uşağın 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə monitorinqlər aparılır.
 

MÖVZU İLƏ BAĞLI:

Övlad götürən ailələr dağıldıqda ALİMENT qaydası qalırmı? – Vəkildən AÇIQLAMA


Bildirilib ki, ötən il reinteqrasiya tədbirləri də davam etdirilib və nəticədə son bir ildə 89 uşağın dövlət uşaq müəssisələrindən ailələrinə qayıdışına nail olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.

Həmin vaxtdan ümumilikdə 73-ü oğlan, 74-ü qız olmaqla 147 uşaq övladlığa verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO