500 manatlıq yeni CƏRİMƏ - “Psixoloji zorakılığa ən çox kişilər məruz qalır” - SOS

500 manatlıq yeni CƏRİMƏ - “Psixoloji zorakılığa ən çox kişilər məruz qalır” - SOS

Hazırda oxunan: 500 manatlıq yeni CƏRİMƏ - “Psixoloji zorakılığa ən çox kişilər məruz qalır” - SOS

56637

Azərbaycanda məişət zəminində zorakılığa görə yeni cərimələr və cəzaların müəyyən edildiyi bildirilir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.

Məcəllənin 158-ci maddəsinə (Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması) edilən dəyişikliyə əsasən  məişət zəminində iqtisadi zorakılığa görə 100 manatdan 300 yüz manatadək məbləğdə cərimə edilir. Yaxud 60 saat ictimai işlər və ya pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək inzibati həbs tətbiq edilir.

Digər dəyişikliyə əsasən isə məişət zəminində psixi zorakılığa, dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə 300  manatdan 500 yüz manatadək məbləğdə cərimə edilir.
 

MÖVZU İLƏ BAĞLI:

Məişət zorakılığı törədənlərlə bələdiyyələr məşğul olacaq? – Komitə sədrindən AÇIQLAMA


Məsələ il bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Bizim.Media-ya münasibət bildirib. Hüquq müdafiəçisi sözügedən məsələnin yeni olmadığını və bu qanunun işlək olmayacağını bildirib:

“Məişət zəmnində tərəflərdən birinin psixoloji və ya iqtisadi zorakılığa məruz qalmasını sübut etmək, ortaya çıxarmaq mümkün deyil. Qanunvericiliyin şərhində bu məsələnin meyarı da qeyd edilməli idi. 2011-ci ildə Nazirlər Kabinetinin qərarları olmuşdu.

Qeyd olunan bu cərimələr həmin qərarlarda yer tutur. Yəni, yeni məsələ deyil. Sadəcə tətbiqi yox idi. Köhnə qərarı yenidən gündəmə gətiriblər. İlin sonunda psixoloji və iqtisadi zorakılıqla bağlı statistika istəyəndə, müraciət edən olmayıb deyəcəklər.

Halbuki nə qədər psixoloji zorakılığa məruz qalanlar var və ən çox bu hala kişilər məruz qalır. Fiziki zorakılıqla bağlı isə sübutları təqdim etmək bir qədər asandır. Müəyyən xəsarət və izləri polisə, yaxud məhkəməyə təqdim etmək olur”.

Mehriban Zeynalova əlavə edib ki, istənilən məsələni meyarını və işlək mexanizmini hazırlamadan qanuniləşdirmək doğru deyil:

“Psixoloji zorakılıqda iz qalmır. Zorakılığa məruz qalan tərəf əsəb və gərginliklə bağlı tibbi yardım çağırmalı, yaxud baş verənlərlə bağlı videomateriallar olmalıdır.

Gərginliklə bağlı psixiatr və ya psixoloq rəy verməlidir. Amma rəy vermək üçün də psixiatra və ya psixoloqa status verilməlidir. Bu kimi çətinliklər sözügedən məsələnin işləkliyinə maneə yaradacaq. Zorakılıq isə bir dəfə olmur.

Amerika psixoloqları hesab edir ki, ən azı 3 dəfə ardıcılıq zorakılıq baş verəndən sonra bu faktı təsdiqləmək lazımdır. Bunu qiymətləndirmək üçün isə meyarlar qoyulmalıdır. Cərimə tətbiqi ilə hər şey həll olunmur. Müraciətlər olmayandan sonra qanun qüvvədən düşəcək”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO