Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 59 cinayətin üstü “isti izlər”lə açılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili işlər nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.
MÖVZU İLƏ BAĞLI:
Cəlilabad sakinlərində qanunsuz silah aşkarlandı
Axtarışda olduğuna görə ümumilikdə 60 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 35 qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.
Bizim.Media