Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə 4 ədəd 110 kilovoltluq yarımstansiya tikiləcək

Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə 4 ədəd 110 kilovoltluq yarımstansiya tikiləcək

Hazırda oxunan: Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə 4 ədəd 110 kilovoltluq yarımstansiya tikiləcək

5653

“Azərenerji” ASC ilə İtaliyanın "Ansaldo Energia" şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb.

Bizim.Media xəbər verir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə elektroenergetika infrastrukturunun yaradılması məqsədilə dekabrın 18-də “Azərenerji” ASC ilə İtaliyanın "Ansaldo Energia" şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb.

Bununla da işğaldan azad edilən ərazilərdə həyata keçiriləcək layihələrə Türkiyə şirkətlərindən sonra başqa bir nüfuzlu dövlət - İtaliya da qoşulub.

“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayev, İtaliyanın "Ansaldo Energia" şirkətinin rəhbəri Marino Guiseppe və İtaliyanın ölkəmizdəki səfiri Augusto Massarinin iştirakı ilə videokonfrans formatında imzalanan müqaviləyə əsasən, Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kilovoltluq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz İtaliya şirkəti həyata keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO