“Atamızı, anamızı söyürlər” – Tahir İmanov jurnalistlərə QƏZƏBLƏNDİ

“Atamızı, anamızı söyürlər” – Tahir İmanov jurnalistlərə QƏZƏBLƏNDİ

Hazırda oxunan: “Atamızı, anamızı söyürlər” – Tahir İmanov jurnalistlərə QƏZƏBLƏNDİ

56521

“Bizdən açıqlama alıb sonra atırsınız goreşənlərin içinə. Onlar da başlayır bizi yeməyə-didməyə, atamızı, anamızı söyməyə, başa düşürsünüz? Biriniz də müdafiəmizə qalxmırsınız”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Əməkdar artist Tahir İmanov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Soçidə ikinci tura yüksələn "Şuşa" KVN komandası "Buta" oldu - Adı kim və niyə dəyişdi? - VİDEO


O, jurnalistlərdən küskünlüyünü bildirərək, şikayətlənib:

“Siz jurnalistlər heç zaman bizim müdafiəmizdə durmursunuz. Açıqlama alıb, yayımlayıb sonra çəkilib durursunuz kənarda və bizim valideynlərimizin, nəslimizin necə söyülməsinə tamaşa edirsiniz. Təhqir edənlərə niyə demirsiniz ki, bu tərbiyəsizlikdir? Təbii ki, bizi tənqid edə bilərlər amma təhqir olunmağımız yolverilməzdir”.

Qeyd edək ki, Tahir İmanovun bir müddət öncə qiymət artımı ilə bağlı dediyi “Ruzini verən Allahdır. Mən Allaha təvəkkül edirəm. İstəyir 10 dəfə bahalaşsın. Allah ruzini verirsə, problem yoxdur” fikri oxucular tərəfindən birmənalı qarşılanmamışdı.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO