“Gəncədə növbəti illərdə daha bir neçə məktəbin yenidən qurulması nəzərdə tutulur. Bu istiqamətdə artıq işlər aparılır. Bu şəhərin 9, 11 və 29 sayli məktəbləridir”.
Bu açıqlamanı Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bunu Gəncədə səfərdə olan Azərbaycan Təhsil Nazirinin müavini Muxtar Məmmədov verib.
Onun sözlərinə görə, 9 və 11 sayli məktəblərin layihələrinin qiymətləndirilməsi prosesi hazırda gedir:
“44 günlük müharibə zamanı ermənilərin raket zərbələri nəticəsində Gəncənin digər infrastrukları ilə bərabər bir neçə məktəbinə də zərər dəymişdir.
Bunlar arasında 9 və 11 saylı orta məktəblərdə müvafiq qurumlarla birlikdə hazırda dəymiş ziyanın hesablanması aparılır. Növbəti illərin dövlət proqramları çərçivəsində həmin məktəblərin təmir və bərpası, yaxud yenidən tikilməsi həmin qurumların birgə qəbul etdukləri qərardan sonra müəyyən olunacaq və plana salınacaq” - deyə nazir müavini əlavə edib.
Məqsəd Rəhimov Bizim. Media