Otən il 8 mindən çox şəxsə evlərində xidmət göstərilib

Otən il 8 mindən çox şəxsə evlərində xidmət göstərilib

Hazırda oxunan: Otən il 8 mindən çox şəxsə evlərində xidmət göstərilib

56401

Ötən il əmək qabiliyyətli qohumları ilə eyni yaşayış məntəqəsində yaşamayan tənha yaşlı və əlilliyi olan 8834 şəxsə evlərində sosial-məişət xidmətləri göstərilib.

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Xidmət göstərilən şəxslərdən 7333-ü ahıl (yaşı 70 və yuxarı olan) şəxslər olub.

1501-ni isə yaşı 70-dən aşağı, əlilliyi olan və tənha yaşayan şəxslər, eləcə də yaşı 65-70 aralığında olan, qohumları ilə birgə yaşamayan, koronavirus pandemiyası ilə əlaqədar müəyyən bir dövrdə evdə sosial-məişət xidməti dəstəyi ilə təmin olunmuş şəxslər təşkil edib.
Sosial xidmətçilər tənha yaşlı və əlilliyi olan şəxslərin evlərinə gələrək onlara ev təsərrüfatında təmizlik işlərinin aparılması, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstəriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO