Azərbaycan pomidorları Rusiyaya yol aldı

Azərbaycan pomidorları Rusiyaya yol aldı

Hazırda oxunan: Azərbaycan pomidorları Rusiyaya yol aldı

5640

Qida Təhlükəsizliyi Agentliyi Rusiyaya pomidor ixrac edən sahibkarlara fitosanitar nəzarətlə bağlı sertifikatları təqdim edib. Sertifikat veriləndən sonra məhsulların yola düşmə vaxtı müəssisələrin öz qaydaları əsasında tənzimlənir. 

Bizim.Media olaraq idxalına icazə verilən şirkətlərin bir neçəsi ilə əlaqə saxladıq. Bildirdilər ki, onların məhsulları dünəndən etibarən yola düşüblər. Bir-iki şirkət isə artıq məhsullarını yola salmağa hazırlaşır.

Xatırladaq ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti artıq Azərbaycanın 5 istehsalçı şirkətinin ölkəsinə pomidor idxalına icazə verib.

MÖVZU İLƏ BAĞLI:

Rusiya Azərbaycana niyə embarqo qoydu? – RƏSMİ AÇIQLAMA


Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO