Bu gün 20 Yanvar faciəsindən 32 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında izdiham yaşanır. Hər kəs azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etmək üçün tarixi məkana üz tutur.
Bu gün Azərbaycan həm də Ümumxalq Hüzn Gününü və torpaqlarının işğaldan azad olunmasını Şəhidlərlə qeyd edir. İnsanlar axın-axın Şəhidlər Xiyabanına gəlir.
Şəhidlərimizin uyuduğu tarixi məkanı ziyarət edənlər arasında I və II Qarabağ savaşında qəhrəmanlıq nümayiş etdirən hərbçilərimiz, qazilərimiz və şəhid ailələri xüsusi yer tutur.
Onlar burada uyuyan şəhidlərimizin ruhuna dualar oxuyur, torpaqlarımızın azad olunması sevincini bir daha onlarla bölüşürlər.
Ziyarətə gələnlər arasında “Ağ” Partiya başqanı Tural Abbaslı və həyat yoldaşı Nərmin İsrafil də var.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:00 / 20.01.2022
Bu gün Azərbaycan həm də torpaqlarının azad olunmasını Şəhidlərlə QEYD EDİR - FOTOREPORTAJ
Hazırda oxunan: Bu gün Azərbaycan həm də torpaqlarının azad olunmasını Şəhidlərlə QEYD EDİR - FOTOREPORTAJ
Hazırda oxunan: Bu gün Azərbaycan həm də torpaqlarının azad olunmasını Şəhidlərlə QEYD EDİR - FOTOREPORTAJ
56322
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.