Nazir:

Nazir: "Ötən il 16 mindən çox vətəndaş özünüməşğulluğa cəlb olunub" - FOTO

Hazırda oxunan: Nazir: "Ötən il 16 mindən çox vətəndaş özünüməşğulluğa cəlb olunub" - FOTO

56226

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının nümayəndələri ilə görüş olub. 

Bizim.Media xəbər verir ki, Dünya Bankı ilə sosial sahədə uğurlu əməkdaşlıq təcrübəsini qeyd edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yeni əməkdaşlıq layihəsi olan “Məşğulluğa Dəstək Layihəsi”nin əhəmiyyətini vurğulayıb.

Nazir bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ölkədə aktiv məşğulluq proqramları ildən-ilə genişləndirilir.

Ötən il 16232 şəxs özünüməşğulluq proqramına cəlb olunub ki, bu da proqramın icrasına başlanıldığı 2017-ci illə müqayisədə 13,8 dəfə çoxdur.

Proqramın fəaliyyət sahələrinin sayı da artaraq 44-ə çatıb.

S.Babayev Nazirlik və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsinin özünüməşğulluq proqramının genişləndirilməsi və icra mexanizminin effektivliyinin artırılmasına mühüm dəstək olduğunu deyib.

O, əhalinin həssas qruplarından olan 22 min işsiz şəxsin bu layihə üzrə istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini yaradacağını diqqətə çatdırıb.

Qeyd edib ki, artıq 6 mindən çox işsiz şəxs layihə üzrə biznes təlimlərə cəlb edilib ki, onların 1033-ü şəhid ailəsi üzvü və müharibə iştirakçısıdır.

Layihənin icrasında qadınlara və gənclərə də üstünlük verilir. Layihə üzrə biznes təlimlərə cəlb edilmiş şəxslərin 1771-si qadın, 1806-sı gəncdir.

Bu il isə “Məşğulluğa Dəstək Layihəsi”nə daha 6 min şəxs cəlb edilərək kiçik biznesləri qurulacaq. Layihə iştirakçılarına aktivlərin təqdim edilməsi prosesi davam edir.

“Məşğulluğa Dəstək Layihəsi” üzrə aparılan işlərə və məşğulluq, pensiya, sosial təminat və əlillik sahələrində texniki yardım üzrə gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsinə dair müzakirələr aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO