DİN-dən uşaq bağçasında valideynlə tərbiyəçi arasındakı qalmaqala REAKSİYA

DİN-dən uşaq bağçasında valideynlə tərbiyəçi arasındakı qalmaqala REAKSİYA

Hazırda oxunan: DİN-dən uşaq bağçasında valideynlə tərbiyəçi arasındakı qalmaqala REAKSİYA

56183

Daxili İşlər Nazirliyi (DİN) tərbiyəçi ilə valideyn arasında baş verən qalmaqala aydınlıq gətirib.

Nazirliyin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumatda bildirilir ki, sosial şəbəkələrdə və bəzi saytlar tərbiyəçi ilə valideyn arasında baş verən insidentlə bağlı yayılan görüntülər araşdırılıb.

"Hadisədən xəbərdarıq. Həmin hadisə yanvarın 16-da Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verib.

Hadisə ilə bağlı artıq Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində təhqiqat araşdırmalarına başlanılıb. İnsidentin iştirakçısı uşaq evinin əməkdaşı G.Nağıyeva Polis Şöbəsinə dəvət edilərək onun izahatı alınıb. Qarşı tərəfin də hadisə ilə bağlı izahatı alınandan, eləcə də təyin edilən ekspertizaların nəticəsi məlum olandan sonra hadisəyə hüquqi qiymət veriləcək və valideynlə uşaq evinin əməkdaşı arasında baş verən insidentin səbəbləri məlum olacaq", - deyə bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO