Xaçmazda qarın fəsadları aradan qaldırıldı – Enerji bərpa olundu

Xaçmazda qarın fəsadları aradan qaldırıldı – Enerji bərpa olundu

Hazırda oxunan: Xaçmazda qarın fəsadları aradan qaldırıldı – Enerji bərpa olundu

55938

Ötən gün Xaçmaza yağan güclü qarın fəsadları, demək olar, 95 faiz aradan qaldırılıb. Hazırda elektrik xəttlərində xırda təmir işləri davam etdirilir.

Bu barədə Azərişıq ASC-nin Xaçmaz rayon şöbəsindən Bizim.Media-ya məlumat verilib.

Qeyd edək ki, Xaçmazda yağan 20 sm-ə yaxın qar elekrtik xətlərinin qırılmasına, aşmasına və bu da rayonun əksər kəndlərinə enerjinin kəsilməsinə səbəb olmuşdu.

Dünən gün ərzində görülən işlər nəticəsində bəzi kəndlərə işığın verilişi gündüz saatlarında bərpa edilib. Sonuncu Çarxı kəndinə isə enerji verilişi bu gecə 5-də bərpa edilib.

Müşahidələrimiz göstərir ki, Xaçmazda enerji sarıdan problemlər müntəzəm yaşanır. Hava dəyişən kimi enerji verilişində fasilələr başlayır. Bu da istər-istəməz digər problemlərə yol açır. İçməli su sarıdan çətinlik yaşanır. İstilik sistemi enerji ilə işləyən məktəblərdə şagirdlərin dərsə davamiyyəti xeyli sayda azalır və s.

Qeyri-sabit hava şəraitində fəsadları aradan qaldırılan elektriklərin əməyini heçə endirmək fikrimiz olmasa da ötən gün qar yağması səbəbindən Xaçmazda enerji sarıdan yaşanan çətinliyin birbaşa şahidi olduq.

Belə qənaətə gəldik ki, aparılan yenidənqurma və təmir işlərinə baxmayaraq Xaçmaz rayonunun enerji təsərrüfatı hələ qışa hazır deyil.

Yaxın günlərdə Xaçmazda enerji təsərrüfatının yaxşılaşdırılması istiqamətində görülən işlər və problemlərin yaşanma səbəbləri barədə ayrıca yazı hazırlayacağıq.

Qeyd edək ki, enerji ilə bağlı qar yağması səbəbindən Quba və Qusar rayonlarında yaranan problemlər artıq aradan qaldırılıb.

Aytəkin Alxaslı.Bizim.Media.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO