Dünən Mingəçevirdə partlayan binaya ilkin rəsmi baxış keçirildi - FOTO

Dünən Mingəçevirdə partlayan binaya ilkin rəsmi baxış keçirildi - FOTO

Hazırda oxunan: Dünən Mingəçevirdə partlayan binaya ilkin rəsmi baxış keçirildi - FOTO

55811

Mingəçevirdə qaz partlayışı nəticəsində dağıntılara məruz qalan binaya ilkin rəsmi baxış keçirilib.

Mingəçevir şəhər İcra Hakimiyyətindən Bizim.Media-ya verilən məlumata görə, dünən axşam saatlarında şəhərin Axundov küçəsi 15/16 ünvanında yerləşən iki mərtəbəli binanın ikinci mərtıbəsində qaz partlayışı nəticəsində bir mənzil və ümumən binanın dam  və eyvan  hissəsi tam yarasız hala düşüb.

16 mənzilli binanın birinci blokunda yer alan  sahədə  partlayış baş verdiyi ev də daxil ümumən dörd mənzil ciddi zərər görüb. 

Dam, tavan, divar, pəncərələr  və bir sıra eyvanlar qırılıb, qabarıb və dağılıb.

Hadisə ilə bağlı Fövqaladə Hallar Nazirliyinin əməkdaşları şəhər İcra Hakimiyyəti ilə birgə partlayış və dağıntı yerinə ilkin baxış keçirib.

İcra rəsmilərinin məlumatına görə, binaya təkrar baxış keçirilərək qiymətləndirmə aparılacaq. Yalnız yekun rəydən sonra  binanın bərpasının məqsədəuyğun olub-olmaması barədə qərar veriləcək. 
Qeyd edək ki, şəhərin mərkəzi hissələrində yerləşən bu və ona bitişik binalar müasir Mingəçevirin yaşıdı olan tikililərdir.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO