Ötən ilin dekabrın 21-də ailə həyatı quran Ağ Partiya başqanı Tural Abbaslı bu günə qədər siyasi həyatdan kənar düşüb. Bir xeyli vaxtdır jurnalistlərin sualların cavablandırmayan partiya sədri sosial şəbəkələrdə də aktiv deyil.
Bizim.Media-nın əldə etdiyi məlumata görə Tural Abbaslı toyundan sonra həyat yoldaşı ilə birlikdə bal ayı səfərinə yollanıblar.
Kifayət qədər aktiv siyasi həyat tərzi keçirən Ağ Partiya başqanının üzun müddət ortalarda olmaması onun izləyicilərini də əndişləndirib.
Bizim.Media mövzu ilə bağlı Ağ Partiya sədri ilə əlaqə saxlayıb. Tural Abbaslı bildirib ki, artıq bal ayı səfərindən Bakıya qayıdıb:
MÖVZU İLƏ BAĞLI:
Tural Abbaslı ilə Nərmin İsrafilin toyundan görüntülər - FOTO
“Artıq Bakıdayam və inşallah sabahdan fəaliyyətimi tam bərpa edirəm. Bal ayında olsam da, siyasi fəaliyyətimi davam etdirirdim. Çünki yüksək texnologiyaların sayəsində uzaq məsafədən də partiyanın işi, təşkilatlanma, gündəlik qayğılar və yaxud qərarlarla məşğul oluram. Amma efirlərə çıxmaqla bağlı problem vardı, çünki ölkədən kənara çıxmışdıq”.
Partiya sədri bal ayının harada keçirdiyi təfərrüatına varmamağa xahiş edib:
“Özəl həyatın o qədər də detallarla incələnməyin tərəfdarı deyiləm. Hamı kimi adi bir bal ayı səfərimiz olub”.
Bizim.Media