Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən məlumat verir ki, idarə əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, Elnur İsgəndərov şəhər ərazisində saxlanılaraq Polis İdarəsinə gətirilib.
Onun üzərinə baxış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “Makarov” markalı tapança, həmin silaha aid 6 ədəd atəşə yararlı 9 mm-lik patron və 1 ədəd sandıqca aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:06 / 17.01.2022
Gəncə sakinində silah aşkarlandı – FOTO
Hazırda oxunan: Gəncə sakinində silah aşkarlandı – FOTO
Hazırda oxunan: Gəncə sakinində silah aşkarlandı – FOTO
55776
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.