Prokuror "İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılovun 8 il azadlıqdan məhrum edilməsini istəyib.
Bizim.Media xəbər verir ki, dövlət ittihamçısı bunu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edib.
Proses yanvarın 31-də davam etdiriləcək.
Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:46 / 17.01.2022
Prokuror "İdeal"ın keçmiş sahibinə 8 il cəza istədi - 680 min manat mənimsəyib?
Hazırda oxunan: Prokuror "İdeal"ın keçmiş sahibinə 8 il cəza istədi - 680 min manat mənimsəyib?
Hazırda oxunan: Prokuror "İdeal"ın keçmiş sahibinə 8 il cəza istədi - 680 min manat mənimsəyib?
55759
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.