Ərəblərin qanunsuz quş ovu ilə bağlı RƏSMİ AÇIQLAMA

Ərəblərin qanunsuz quş ovu ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Ərəblərin qanunsuz quş ovu ilə bağlı RƏSMİ AÇIQLAMA

55559

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Tovuz rayonu ərazisində, Ceyrançöl qışlağında xarici ölkə vətəndaşlarının ov etməsi barədə sosial şəbəkədə yayılan xəbərə münasibət bildirib.

Bizim.Media-ya açıqlamasında o qeyd edib ki, hazırda ölkəmizdə ov mövsümü açıqdır və fevral ayının sonuna qədər su-bataqlıq quşları və bəzi məməli heyvanlar üçün ov mövsümü davam edəcək:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda qanunsuz ov edən küveytlilər 10 000 manat CƏRİMƏLƏNDİ


“Ov mövsümündə müvafiq limitlər və ov icazəsi əsasında yerli və xarici ovçular üçün icazələrin verilməsi qanunvericilikdə nəzərdə tutulub.

Qeyd edim ki, 2019-cu ildən etibarən xarici vətəndaşlara və ya onların təmsilçilərinə ov lisenziyaları 5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilir və hazırda bir neçə şirkətə ov icazəsi verilib”.

Xidmət rəsmisinin sözlərinə görə, bu gün Ceyrançöl ərazisinə Nazirliyin regional idarələrinin əməkdaşları tərəfindən baxış keçirilib, lakin heç bir qanunsuz ov aparılması faktı aşkar edilməyib.

“Ərazi nəzarət altındadır, qanunsuz ov halları aşkar edilərsə, dərhal qanunamüvafiq tədbirlər görüləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO