Azərbaycanda qanunsuz ov edən küveytlilər 10 000 manat CƏRİMƏLƏNDİ

Hazırda oxunan: Azərbaycanda qanunsuz ov edən küveytlilər 10 000 manat CƏRİMƏLƏNDİ

48904

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Saatlı rayonunda Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərini pozan xarici ölkə vətəndaşları saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Xidmət rəisi Hikmət Əlizadə məlumat verib.

Araşdırma zamanı onların Küveyt vətəndaşları Jarrah Alazemi, Ahmad Alazemi, Saad Alazmi, Marzooq Alazmi, Rashed Alazemi, Ayedh Alazimi, Bəhreyn vətəndaşları Abdulla Rebai Hameed Khalaf, Mohamed Abdulwahab Ahmed Alharmasi Alhajrı və İmişli rayon sakini Dilavər İbişov olduğu müəyyən edilib.

Faktla bağlı akt, protokol tərtib edilib və təqsirkarlar ümumilikdə 10 352 manat məbləğində cərimə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO