Xəstəxananı tərk edən koronavirus xəstəsi saxlanıldı

Xəstəxananı tərk edən koronavirus xəstəsi saxlanıldı

Hazırda oxunan: Xəstəxananı tərk edən koronavirus xəstəsi saxlanıldı

5516

Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində COVID-19 xəstəsi kimi qeydiyyatda olan rayon sakini Zeynal Məmmədovun müalicə aldığı rayon Mərkəzi Xəstəxanasını tərk edərək karantin qaydalarını kobud şəkildə pozduğu müəyyən edilib.

Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, həmin şəxs müəyyən edildiyi ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldığı xəstəxanaya geri qaytarılıb.

Onunla profilaktiki mövzuda söhbətlər aparılıb, təyin edilmiş müalicənin sona qədər davam etdirilməsinin zəruriliyi diqqətinə çatdırılıb.

Yevlax RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO