Yanvarın 13-ü niyə Köhnə Yeni il bayramı kimi qeyd edilir? – TƏFƏRRÜAT

Yanvarın 13-ü niyə Köhnə Yeni il bayramı kimi qeyd edilir? – TƏFƏRRÜAT

Hazırda oxunan: Yanvarın 13-ü niyə Köhnə Yeni il bayramı kimi qeyd edilir? – TƏFƏRRÜAT

55148

13 Yanvar - Köhnə yeni ildir. Belə ki, bir çox ölkələrdə yanvarın 13-dən 14-nə keçən gecə bayram kimi qeyd olunur. Köhnə yeni ili qeyd etmək ənənəsi hələ Yulian təqviminin vaxtında yaranıb. Rusiyada əvvəllər tətbiq olunan Yuli təqvimi ilə Yeni il yanvarın 14-də başlayır.

Kilsə müasir Qriqorian təqviminə keçməzdən əvvəl bu gun bayram kimi qeyd olunurdu. 1699-cu ildə Birinci Pyotr həmin təqvimi ləğv edərək Yeni ilin bütün dünyada olduğu kimi yanvarın 1-də qeyd olunmasına qərar verib.

Bizim.Media xəbər verir ki, yanvarın 13-ü köhnə Yeni il kimi Sovet İttifaqı qurulduqdan sonra (1935-ci ildə) təkrar qeyd olunmağa başlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Yeni il tədbirləri “Köhnə Yeni il”ə qədər davam edəcək? - AÇIQLAMA


Bu da provaslav kilsəsinin günləri Yuli təqvimi ilə qeyd etməsi ilə əlaqədardır. Provaslavlarda müasir Yeni il Milad bayramı kimi qeyd olunur. Katoliklər yeni ili e.ə 45-ci ildə roma imperatoru Yuli Sezarın tərtib etdiyi təqvim əsasında indiyə qədər yanvarın 1-i qeyd edirlər.

Rusiya ilə yanaşı köhnə yeni il Azərbaycan,Gürcüstan, Moldova, Ukrayna, Belarus, Serbiyada, Çernoqoriya və İsveçrədə keçirilir.

Yeni ili yanvarın 13-ü qarşılamaq ənənəsi Serbiya və Çernoqoriyada hələ də saxlanılıb. Çünki bu ölkələrdə Rusiyada olduğu kimi kilsə Yuli təqvimi ilə çalışır. Serbiyada bayram Serbiyanın Yeni ili adlandırılır. Makedoniyada, İsveçrənin bir sıra almandilli bölgələrində də bu təqvim qeyd olunur.

Yaponiyada isə "rissyun" adlanan köhnə Yeni il baharın gəlişidir. Azərbaycanda köhnə Yeni ili ölkəmizdə yaşayan ruslar qeyd edirlər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO