Bakının Baş Planı nəhayət ki, bu il YEKUNLAŞIR – RƏSMİ 

Bakının Baş Planı nəhayət ki, bu il YEKUNLAŞIR – RƏSMİ 

Hazırda oxunan: Bakının Baş Planı nəhayət ki, bu il YEKUNLAŞIR – RƏSMİ 

55012

2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrünü əhatə edən Bakı şəhərinin Baş Planı bu il yekunlaşacaq. 

Bizim.Media-ya bu barədə məlumat verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisov hazırda Bakı şəhərinin Baş Planının yekunlaşma mərhələsində olduğunu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakının Nyu York şəhəri kimi tikilməsinə kimlər mane oldu? - FOTO


Onun sözlərinə görə sənəd hələ təsdiqə göndərilməyib:

“Pandemiya sözügedən layihənin yekunlaşmasını ləngitdi. Amma sənəd üzərində işlər davam edir. Təsdiqlənmə prosesi başlayandan sonra ictimaiyyətə bu barədə məlumat açıqlanacaq”, - deyə qurum rəsmisi əlavə edib. 

Qeyd edək ki, Baş planın həyata keçirilməsinin birinci mərhələsi 2020-2027-ci illəri əhatə etsə də, prosesə hələ başlanmayıb.

Baş Planın həyata keçirilməsinin birinci mərhələsində (2020-2027-ci illər) ərazi zonalaşdırılması və çoxmərkəzli şəhər həlləri, əsaslı tikinti, nəqliyyat infrastrukturu, sosial təsisatlar, mühəndis-kommunikasiya sistemləri, ətraf mühitin sağlamlaşdırılması və ərazinin mühəndis hazırlığı üzrə fəaliyyətlər müəyyən edilir. 

Növbəti addım olaraq, birinci mərhələdə əldə edilmiş nəticələr nəzərə alınmaqla paytaxtın dayanıqlı inkişafının və əlverişli şəhər mühitinin formalaşdırılması məqsədilə qeyd edilən istiqamətlər üzrə fəaliyyətin davam etdirilməsi reallaşacaq.
 

Ümumilikdə isə Bakı şəhərinin Baş Planı 2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrü ehtiva edir. Hansı ki, həmin dövrdə Bakı şəhərində tarazlı inkişaf əldə edə bilmək üçün 2800 hektar ərazinin təyinatının dəyişdirilməsi məsələsi yer alıb. 


"Böyük Bakının Regional İnkişaf Planı" və "Məxsusi Bakının ərazidən İstifadə və Zonalaşdırma Planı" layihəsi Azərbaycan Respublikasının Hökuməti və Dünya Bankı arasında 2007-ci ildə imzalanmış kredit sazişinə əsasən 2011-2014-cü illər ərzində hazırlanıb. Yeni Baş Plan - "Böyük Bakının Regional İnkişaf Planı" isə 2035-cu ilədək olan dövrü əhatə etməlidir. Bu sayca Bakının 5-ci baş planıdır. Sonuncu layihədə ciddi tamamlama işləri görülüb. Hətta bu işə beynəlxalq ekspertlər də cəlb edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev Bakı şəhərinin baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Bakı şəhərinin baş planının hazırlanması işinin təşkili üçün nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO