Avropa İttifaqı (Aİ) Ermənistanın sərhəddə törətdiyi təxribata münasibət bildirib.
Bizim.Media xəbər verir ki, qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar bununla bağlı tviterdə yazıb.
“Avropa İttifaqı Ermənistan və Azərbaycanla işləməyə, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı əlavə dəstək verməyə hazır olduğunu bir daha bəyan edir.
Ermənistan-Azərbaycan sərhədində insidentlərin və itkilərin yenidən baş verməsi ilə bağlı xəbərlərdən dərin narahatlıq keçirir. Tərəflər üçün gərginliyin azaldılması və mövcud mexanizmlərdən, xüsusilə də 2021-ci ilin noyabrında Aİ-nin himayəsi altında iki ölkənin Müdafiə nazirlikləri arasında yaradılan qaynar xətdən tam istifadə edilməsi vacibdir”, - o qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:48 / 12.01.2022
Avropa İttifaqından Ermənistanın sərhəddə törətdiyi təxribata MÜNASİBƏT
Hazırda oxunan: Avropa İttifaqından Ermənistanın sərhəddə törətdiyi təxribata MÜNASİBƏT
Hazırda oxunan: Avropa İttifaqından Ermənistanın sərhəddə törətdiyi təxribata MÜNASİBƏT
54960
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.