Azərbaycan ordusu gücləndirilmiş rejimə keçdi – SƏRHƏDDƏ GƏRGİNLİK ARTIB

Azərbaycan ordusu gücləndirilmiş rejimə keçdi – SƏRHƏDDƏ GƏRGİNLİK ARTIB

Hazırda oxunan: Azərbaycan ordusu gücləndirilmiş rejimə keçdi – SƏRHƏDDƏ GƏRGİNLİK ARTIB

54959

Azərbaycan ordusunun Ermənistanla dövlət sərhədindəki bölmələri gücləndirilmiş xidmət rejiminə keçib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.

Nazirliyin bəyanatında deyilir ki, diviziyalar gücləndirilmiş rejimə keçib, çünki Ermənistanın iki ölkənin dövlət sərhədində qəsdən vəziyyəti gərginləşdirmək cəhdlərinin təkrarlanması istisna edilmir.

“Azərbaycan ordusunun gücləndirilmiş rejimdə olan bölmələri ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruyur”, - Müdafiə Nazirliyindən bildirilib.
 

Xatırladaq ki, ötən gecə Ermənistan silahlı qüvvələri dövlət sərhədində növbəti dəfə təxribat törədib. Nəticədə Azərbaycan Ordusunun bir əsgəri şəhid olub, erməni tərəfdən isə 3 nəfərin ölməsi rəsmən təsdiqlənib. 


Ermənistana məxsus Telegram kanalları isə itkilərinin 10 nəfər olduğunu, 5 nəfərin isə yaralandığını yazır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO