Bakıda sərnişin avtobusu qəzaya uğradı - Yaralı var

Bakıda sərnişin avtobusu qəzaya uğradı - Yaralı var

Hazırda oxunan: Bakıda sərnişin avtobusu qəzaya uğradı - Yaralı var

54897

Paytaxtın Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Bizim.Media-ya verilən məlumata görə, Məhəmməd Xiyabani küçəsində 39 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 JZ 710  dövlət qeydiyyat nişanlı sərnişin avtobusu işıqforun qırmızı işığında keçən "Toyota Prius" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən heç kim xəsarət almayıb.

Minik avtomobilinin sürücüsünün isə yüngül xəsarət aldığı bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO