Cəlilabadda sürücü saxlanıldı – SƏBƏB

Cəlilabadda sürücü saxlanıldı – SƏBƏB

Hazırda oxunan: Cəlilabadda sürücü saxlanıldı – SƏBƏB

54791

Cəlilabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün ona “Saxla” işarəsi verilib.

Həmin nəqliyyat vasitəsini idarə edən Cəlilabad rayon sakini Elman Əliyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, polis şöbəsinə gətirilib və müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinənin nəticəsinə əsasən, E.Əliyevin narkotik vasitədən istifadə etdiyi məlum olub.

Onun barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO