Şirvan sakinini zorla saxlayıb öldürməklə hədələyən şəxs tutulub.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsinə (PŞ) yanvarın 8-də 2 nəfərin Şirvan şəhər sakini V.Qurbanovu zorla saxlayıb öldürməklə hədələyərək döymələri və 165 manat pulunu almaları barədə məlumat daxil olub.
Nizami RPİ-nin 24-cü və Metropolitendə Polis Şobələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş C.Hacıağayev və Culfa rayon sakini S.Əhmədova müəyyən edilərək saxlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:33 / 11.01.2022
Şirvan sakinini öldürməklə hədələyən şəxs tutuldu
Hazırda oxunan: Şirvan sakinini öldürməklə hədələyən şəxs tutuldu
Hazırda oxunan: Şirvan sakinini öldürməklə hədələyən şəxs tutuldu
54790
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.