Ötən ay qaçırılan avtomobil tapıldı - DETALLAR

Ötən ay qaçırılan avtomobil tapıldı - DETALLAR

Hazırda oxunan: Ötən ay qaçırılan avtomobil tapıldı - DETALLAR

54767

Gədəbəy rayonunda qaçırılan avtomobil polis əməkdaşları tərəfindən tapılıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gədəbəy RPŞ-yə müraciət edən Qaravəlilər kənd sakini Ç.Paşayev 2021-ci il dekabrın 17-dən 27-dək olan müddətdə Novo Saratovka kəndi ərazisindən ona məxsus “VAZ-2121” markalı avtomobilin qaçırıldığı barədə məlumat verib. 

Hüququ mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Daşkəsən rayon sakini E.Qasımov avtomobillə birgə Bakı-Qazax yolunda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO