Bakı-Naxçıvan reysləri bərpa olundu - YENİLƏNİB

Bakı-Naxçıvan reysləri bərpa olundu - YENİLƏNİB

Hazırda oxunan: Bakı-Naxçıvan reysləri bərpa olundu - YENİLƏNİB

54762

Bakıdan Naxçıvana uçuşlar bərpa olunub. 

Bizim.Media xəbər verir ki, bununla bağlı informasiyanı AZAL avia şirkəti yayıb.

Xatırladaq ki, əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən, AZAL-ın J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib və saat 08:50-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

***

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı əlverişsiz hava şəraitinə (güclü duman) görə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıtmağa qərar verib.

Bizim.Media xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.

Məlumata görə, təyyarə saat 08:50-də hava limanına enib. Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO