Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə istifadə edən şəxslər tutularaq məsuliyyətə cəlb edilib.
Bizim.Media Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, şəhər ərazisində yerləşən stomatoloji məntəqədə çalışan diş texniklərinin orada narkotik vasitə qəbul etmələrinə dair polisə əməliyyat məlumatı daxil olub.
MÖVZU İLƏ BAĞLI:
Abşeronda silahlı narkotacir saxlanıldı - FOTO/VİDEO
Həmin obyektə baxış keçirilib və orada müştərilərə xidmət göstərən Rəsul Səfərovla Mövlud Hüseynov saxlanılıb. Tibbi müayinədən keçirilən həmin şəxslərin marixuana qəbul etdikləri məlum olub.
Hər iki şəxs barəsində toplanmış materiallar baxılmasından ötrü şəhər məhkəməsinə göndərilib.
Polis əməkdaşlarını gördükdən sonra məntəqədən uzaqlaşan bir nəfərin isə tutularaq məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Bizim.Media