Səhiyyə qurumlarından

Səhiyyə qurumlarından "Omikron" ştamının aşkarlanması ilə bağlı əhaliyə MÜRACİƏT

Hazırda oxunan: Səhiyyə qurumlarından "Omikron" ştamının aşkarlanması ilə bağlı əhaliyə MÜRACİƏT

54659

Azərbaycanın səhiyyə qurumları ölkədə koronavirusun "Omikron" ştamının aşkarlanması ilə bağlı əhaliyə müraciət edib.

Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda koronavirusun "Omikron" ştamı AŞKARLANDI - RƏSMİ


Müraciətdə buster doza vaksin vurlmasının vacibliyi vurğulanıb:

"Vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün İkinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır.

Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır.

Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO