Qazi adı ilə videosu yayılan Bakı sakini kimdir? - VİDEO

Qazi adı ilə videosu yayılan Bakı sakini kimdir? - VİDEO

Hazırda oxunan: Qazi adı ilə videosu yayılan Bakı sakini kimdir? - VİDEO

54455

Qatar qəzasında hər iki ayağını itirən İmran Lalayevin videosu çəkilərək qazilərə həsr olunan mahnının fonunda ''Tik-tok'' sosial şəbəkəsində paylaşılıb. 

Bizim.Media xəbər verir ki, Bakıdakı teatrlardan birinin aktyoru olan İ.Lalayevin sözlərinə görə, 2013-cü ildə 21 yaşında qatar qəzasında hər iki ayağını itirib.

Bundan sonra isə protez ayaqla hərəkət etməyə başlayıb. O deyir ki, xəbəri olmadan tanımadığı şəxs videosunu çəkərək  paylaşıb. 

Paylaşılan videoda istifadəçilər onun qazi olması ilə bağlı şərhlər yazıblar.

İ.Lalayev icazəsini almadan onun videosunu çəkib paylaşan şəxsi məhkəməyə verəcəyini deyib. (Xəzər Xəbər)

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO