Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadə xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranaraq atəş açıb və nəticədə dünyasını dəyişib.
Məsələ ilə bağlı AzTV-nin Sosial media və ictimaiyyət şöbəsi ilə əlaqə yaratdıq.
Qurumdan faktı təsdiqləyiblər.
Bizim.Media-nın əldə etdiyi özəl məlumata görə isə, hadisə AzTV-nin daxilindəki polis idarəsinin qarşısında, polis nəzarətçisinin oturduğu kiçik otaqda baş berib.
Ehtimal olunur ki, baş verən hadisə intihardır. Yasin İldırımzadə şirkətdə 2 il idi çalışırmış.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:46 / 08.01.2022
Aztv-də özünü güllələyən polis haqqında YENİ MƏLUMAT
Hazırda oxunan: Aztv-də özünü güllələyən polis haqqında YENİ MƏLUMAT
Hazırda oxunan: Aztv-də özünü güllələyən polis haqqında YENİ MƏLUMAT
54425
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.