Azərbaycanda bu şəxslərə 500 ev tikilir - Kimlər ala biləcək?

Azərbaycanda bu şəxslərə 500 ev tikilir - Kimlər ala biləcək?

Hazırda oxunan: Azərbaycanda bu şəxslərə 500 ev tikilir - Kimlər ala biləcək?

54314

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə əlilləri üçün 500 fərdi ev də inşa etdirilir.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, 2022-ci ildə həmin evlər istifadəyə veriləcək.

Həmçinin, yaxın vaxtlarda Şəmkirdə Uşaq Bərpa Mərkəzi, Şamaxıda Psixonevroloji sosial xidmət müəssisəsi də əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək.

Qeyd edilib ki, hazırda respublikanın bir sıra bölgələrində (Quba, Sumqayıt, Gəncə, Sabirabad, Masallı və s.) də DOST Mərkəzlərinin açılmasına hazırlıq işləri aparılır.

Eyni zamanda, Masallı rayonunda Uşaq Reabilitasiya Mərkəzinin açılması planlaşdırılır.

Habelə Lənkəran və Xaçmaz rayonlarında sağlamlıq imkanları məhdud uşaqlar üçün sanator kurort tipli reabilitasiya müəssisələri açılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO