Şəhid anasının yayılan videosu ilə bağlı rəsmi şəxslər evinə getdi - FOTO

Şəhid anasının yayılan videosu ilə bağlı rəsmi şəxslər evinə getdi - FOTO

Hazırda oxunan: Şəhid anasının yayılan videosu ilə bağlı rəsmi şəxslər evinə getdi - FOTO

54313

Sosial şəbəkələrdə şəhid Nicat Salahovun anası, II dərəcə əlilliyi olan Aygün Salahovanın soyuq mənzildə çətin vəziyyətdə qalması ilə bağlı video yayılıb.

Şəhid anası videoda ona baxan olmadığını, soyuq yerdə qaldığını deyir. Bildirir ki, soyuqdan xəstələnib.

Bizim.Media xəbər verir ki, Sosial Xidmətlər Agentliyi məsələ ilə bağlı açıqlama yayıb.

Məlumatda bildirilib ki, sosial şəbəkələrdə Sosial Xidmətlər Agentliyinin “Məzun evi” sosial xidmət müəssisəsində yaşayan, şəhid Nicat Salahovun anası, II dərəcə əlilliyi olan Aygün Salahovanın soyuq mənzildə çətin vəziyyətdə qalması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edilib ki, şəhid Nicat Salahov Abşeron rayonunda yerləşən valideyn himayəsindən məhrum olmuş məzunlar üçün tikilmiş “Məzun evi”ndə 4 il öncə mənzillə təmin edilib:

“Vətən müharibəsində iştirak edən Nicat şəhidlik zirvəsinə ucaldıqdan sonra ona verilmiş mənzildə yaşamağa davam edən anası Aygün xanım daima Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən diqqət mərkəzində saxlanıb, mütəmadi olaraq qayğı ilə əhatə olunub.Aygün Salahovaya şəhid ailəsi üzvü kimi Prezidentin aylıq təqaüdü (500 manat), II dərəcə əlilliyə görə sosial müavinət (180 manat) təyin edilib. Həmçinin sığorta ödənişi (11000 manat) və “YAŞAT” Fondu tərəfindən maddi yardım (2500 manat) edilib. Müəssisənin qazanxanasında istilik verilməsini təmin edən bir neçə ehtiyat hissəsinin eyni anda sıradan çıxması sözügedən binanın bəzi mərtəbələrinin istilik təminatında müvəqqəti fasiləyə səbəb olub. Video yayılmazdan öncə qəzanın aradan qaldırılması üçün əraziyə dərhal mütəxəssislər cəlb olunub və mövcud problemin həlli ilə əlaqədar işlər görülüb. Əlavə olaraq bildiririk ki, şəhidimizin anası Aygün xanım bu gün ziyarət edilib. Aygün xanım hər hansı pul və ya maddi yardıma ehtiyacının olmadığını bildirib. Əsas ehtiyacı fiziki yardımadır. İflic olduğu üçün danışığında və hərəkətlərində çətinlik çəkir. Həmçinin astma xəstəsidir. Evinin səliqə və təmizliyə baxılmasında, gündəlik yeməyinin bişirilməsində köməyə ehtiyacı var. Bu səbəbdən xidmətçinin göndərilməsini xahiş edir. Onun bu istəyi nəzərə alınıb və sənədləşmə məsələləri həll edilərək qısa müddətdə Abşeron DOST Mərkəzi tərəfindən Aygün Salahovaya sosial xidmətçi təyin ediləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO