Yasamalda işıqforlar işləmir - Uzun tıxac yaranıb / VİDEO

Yasamalda işıqforlar işləmir - Uzun tıxac yaranıb / VİDEO

Hazırda oxunan: Yasamalda işıqforlar işləmir - Uzun tıxac yaranıb / VİDEO

54310

Hazırda Yasamal rayonunun bəzi ərazilərində, Mətbuat prospekti və A.M.Şərifzadə küçəsində elektrik enerjisinin kəsilməsi səbəbindən bəzi svetoforların işində fasilə yaranıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Bizim.Media-ya verilən məlumata görə, müvafiq qurum tərəfindən elektrik enerjisi verilişinin bərpası ilə bağlı iş aparılır.

Bunu nəzərə alaraq sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunub.

Qeyd edək ki, işıqforların işləməməsi uzun tıxaca səbəb olub.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO