Səfirlikdən Qazaxıstandakı Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ – “Bundan çəkinin”

Səfirlikdən Qazaxıstandakı Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ – “Bundan çəkinin”

Hazırda oxunan: Səfirlikdən Qazaxıstandakı Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ – “Bundan çəkinin”

54248

“Məlum olduğu kimi, səfirlik Qazaxıstanda mövcud olan vəziyyət ilə əlaqədar rəsmi internet səhifəsi və sosial şəbəkə hesabları vasitəsilə vətəndaşlarımıza xəbərdarlıq ünvanlayıb və rəsmi məlumatları izləməyi, insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi məsləhət görüb”.

Bu barədə Azərbaycanın Qazaxıstandakı Səfirliyindən Bizim.Media-ya bildirilib.

“Səfirlik Almatı şəhərindəki ofis, Aktaudakı Baş konsulluq və diaspora fəalları ilə mütəmadi əlaqə saxlayır. Baş verən hadisələr zamanı hər hansı vətəndaşımızın xəsarət alması ilə bağlı səfirliyə məlumat daxil olmayıb.

Hazırda Qazaxıstandan xarici ölkələrə uçuşların dayandırılması səbəbindən Azərbaycana geri dönə bilməyən vətəndaşlarımız tərəfindən səfirliyə daxil olan müraciətlər tərəfimizdən aidiyyəti üzrə cavablandırılır, müraciət edən vətəndaşlarımızın vəziyyəti ilə maraqlanır, onlara müvafiq məlumat və tövsiyələr verilir.

Səfirlik öz fəaliyyətini adi iş rejimində davam etdirir. Vətəndaşlarımızdan səfirlik ilə +7780002838; +7 7172 75 55 27 telefon nömrələri vasitəsilə əlaqə saxlamaları xahiş olunur.

Vətəndaşlarımızdan ölkədə internetin qismən işlədiyini və rabitənin bəzi hallarda kəsildiyini nəzərə almaları xahiş olunur”, - qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO