Bakıda 2 nəfərdən 7 kq-dan çox narkotik götürüldü - VİDEO

Bakıda 2 nəfərdən 7 kq-dan çox narkotik götürüldü - VİDEO

Hazırda oxunan: Bakıda 2 nəfərdən 7 kq-dan çox narkotik götürüldü - VİDEO

54221

Abşeron polisi əməliyyat keçirib, 2 nəfər saxlanılıb, 7 kiloqramdan artıq narkotik götürülüb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Həyata keçirilən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər - Abşeron rayon sakinləri Məhəmməd Səmədov və Elnur Xəlilov saxlanılıblar.

M.Səmədovda 4 kiloqram 153 qram, E.Xəlilovda isə 470 qram narkotik vasitə olan marixuana aşkar edilib.
Araşdırma zamanı bu şəxslərin narkotik vasitələrdən istifadə etməklə yanaşı Abşeron rayonu ərazisində satışını də təşkil etdikləri məlum olub. Saxlanılan şəxslərdən biri M.Səmədov əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilib.

Faktlarla bağlı bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Abşeron rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO