“Şuşa ili” - mədəniyyət tariximizin yeni səhifəsi

“Şuşa ili” - mədəniyyət tariximizin yeni səhifəsi

Hazırda oxunan: “Şuşa ili” - mədəniyyət tariximizin yeni səhifəsi

54118

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına ünvanladığı təbrikində 2022-ci ili “Şuşa ili” elan etməsi xəbəri dünyada yaşayan hər bir Azərbaycanlı tərəfindən sevinclə qarşılandı.

Bu qərarın verilməsi əslində, Azərbaycanın tarixən mədəniyyət paytaxtı olan Şuşanın beynəlxalq aləmdə tanıdılması və təbliğ olunması baxımından çox əhəmiyyətli idi. 

Əslində, Şuşa şəhərinin erməni işğalına məruz qaldıqdan sonra keçən hər il, hər bir Azərbaycanlı üçün Şuşa ili idi. Keçmiş dövr ərzində hər ötən gün, hər ötən il bizləri bir addım dogma Şuşamıza yaxınlaşdırırdı.

Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili Şahin Seyidzadə deyib.

Onun sözlərinə görə, Prezidentin imzaladığı sərəncamda qeyd edildiyi kimi, Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ölkə mədəniyyətinə və elminə tarixən dühalar bəxş etmiş şəhərin inkişafı hər zaman Ulu Öndərin əsas diqqət mərkəzində olub.

Məhz onun rəhbərliyi dönəmində şəhərdə geniş quruculuq işləri vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi və tarixi abidələrin bərpa olunaraq şəhərin abadlaşdırılması istiqamətində mühüm işlər görülüb:

“Bu gün isə dogma Şuşamız yenidən sürətli şəkildə daha möhtəşəm, daha əzəmətli şəkildə qurulur. Hər zaman Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası istiqamətində böyük layihələr həyata keçirilir. Çox qısa zaman kəsiyində şəhərin baş planının hazırlanması, Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin məqbərəsinin öz əvvəlki görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin bərpası və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, eyni zamanda şəhərdə olan tarixi memarlıq abidələrinin bərpası bir daha bütün dünyaya Azərbaycan xalqının qurucu xalq olduğunu isbat etmiş oldu”.

Deputat bildirib ki, Şuşa şəhərinin hər bir Azərbaycanlı üçün müqəddəsliyi vətən müharibəsi dönəmində bir daha öz əksini tapmış oldu.

Şəhərdə qızğın döyüşlərin getdiyi bir dönəmdə Azərbaycanlıların şəhərə daha az ziyan dəyməsi istiqamətində səyləri fonunda Ermənistanın müxtəlif raket və iri çaplı silahlardan atəş açaraq şəhərin dağıdılması cəhdi bir daha Şuşanın heç bir zaman “erməni şəhəri” olmadığının isbatı idi.

“Bu il eyni zamanda Şuşanın əsasının qoyulmasının 270 illik yubileyi tamam olur. Məhz şəhərin yubileyi münasibəti ilə dünya miqyaslı möhtəşəm tədbirlərin keçirilməsi fonunda Azərbaycan bir daha bütün dünyaya Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu, Şuşanın isə şərqin mədəniyyət mərkəzi olduğunu, bir sözlə “Şərqin konservatoriyası” olduğunu sübut edəcəkdir”, - deyə Şahin Seyidzadə qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO