Bakı məktəbində işıq QALMAQALI - 3 qurum, 1 problem

Bakı məktəbində işıq QALMAQALI - 3 qurum, 1 problem

Hazırda oxunan: Bakı məktəbində işıq QALMAQALI - 3 qurum, 1 problem

54055

Yasamal rayonunda yerləşən 167 saylı məktəbdə artıq 2 gündür işıq yoxdur.

Bizim.Media xəbər verir ki, sosial şəbəkədə Nərmin Hüseynzadə adlı xanım bu haqda şikayət yazıb. Şikayətdə qeyd olunur ki, problem "Azərişıq"la bağlıdır.

Məsələ ilə bağlı “Azərişıq” ASC ilə əlaqə saxladıq. Qurum açıqlamasında problemin “Azəravtoyol” ASC ilə Təhsil Nazirliyinə aid olduğunu bildirib:

“Təhsil Nazirliyi "Azəravtoyol"dan müraciət edib texniki şərti almalıdır ki, sıradan çıxan xətti, yeni yeraltı xəttlə əvəz etsinlər”.

Həmçinin qurumdan verilən məlumata görə artıq problem öz həllini tapıb:

“Artıq danışıqlar gedib, “Azəravtoyol”dan icazə alınıb. İşçilərimiz hazırda məktəbin işıqla təmin olunması istiqamətində işlər aparır. Çox güman ki, günorta və ya axşam saatlarında məktəbin işıq problemi həll yolunu tapacaq”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO