Mehdi Hüseynzadəni tanıyırıqmı...?

Mehdi Hüseynzadəni tanıyırıqmı...?

Hazırda oxunan: Mehdi Hüseynzadəni tanıyırıqmı...?

53998
Keçmiş baş prokuror İxtiyar Şirin Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin və onun kimi qəhrəman oğullarımızın hər zaman minnətdarlıqla xatırlanmasının vacibliyi barədə Moderator.az-a bir yazı göndərib:

FB-da Azərbaycanın qəhraman oğlu, Covet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə haqqında çox maraqlı bir yazı oxudum. Bu yazıya görə müəllifə təşəkkür etmək istəyirəm. Qəhrəmanlarımız haqqında daha çox yazmaq, onları xalqımıza, xüsusilə də gənclərimizə tanıtmaq lazımdır. Mehdi Hüseynzadə kim idi? O nələri etmişdi ki, bu gün də biz onu yada salırıq, etdiyi qəhrəmanlıqlardan danışırıq?

 Mehdi Hüseynzadə faşizmə qarşı aparılan mübarizədə elə böyük qəhrəmanlıqlar göstərib ki, onun kim olduğunu bilməyən insanlar, döyüşdüyü ölkələrin liderləri onun kim olduğunu öyrənmək üçün və bu qəhrəmanlıqlar barədə məlumat vermək üçün Sovet İttifaqının rəhbəri olan Stalinə də müraciət etməyi vacib biliblər. Çünki onun gördüyü işlərin, etdiyi qəhrəmanlıqların həmin ölkələrin müqavimət hərakatının faşizm üzərindəki qələbəsində gerçək və danılmaz payı olub. Buna görə də İtaliya Kommunist Partiyasının rəhbəri Tolyatti və Yuqoslaviyanın prezidenti İ.B. Tito Mehdi Hüseynzadənin qəhrəmanlıqları barədə onun ölkəsinə və xalqına məlumat verməyi, minnətdarlıq etməyi özləri üçün borc bilmişlər. Mehdi Hüseynzadə faşizmə qarşı mübarizədə etdiyi qəhrəmanlıqlarla həm də Azərbaycan xalqının adını Avropanın faşizmlə mübarizə tarixinə həkk edib. Çünki bu mübarizədə o, həm də öz xalqını - Azərbaycan xalqını təmsil edirdi. Biz hamımız Mehdi Hüseynzadə ilə fəxr edirik. Faşizmə qarşı mübarizədə onun kimi qəhrəmanlıqlar göstərmiş minlərlə adı bilinən və bilinməyən oğullarımız olub. Biz onların hamısı ilə fəxr edirik. Onların adı xalqımızın tarixində və qəlbimizdə əbədi yaşayacaq."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO