Şəmkirdə qaçırılan avtomobil sahibinə qaytarıldı

Şəmkirdə qaçırılan avtomobil sahibinə qaytarıldı

Hazırda oxunan: Şəmkirdə qaçırılan avtomobil sahibinə qaytarıldı

53922

Şəmkirdə avtomobil qaçıran şəxs saxlanılıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Şəmkir RPŞ-yə yanvarın 2-də saat 3 radələrində Dəllər qəsəbəsi ərazisindən qəsəbə sakini B.Babayevə məxsus "VAZ-2106" markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş İ.Yusifov müəyyən edilərək saxlanılıb və avtomobil sahibinə qaytarılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO